BƏLƏDİYYƏ

50 ailəyə “Qurban payı”  verilib

50 ailəyə “Qurban payı”  verilib

06 iyun 2025‑ci il tarixində Qaradağ rayonu, Sahil bələdiyyəsinin təşkilatçılığı və sahibkarların dəstəyi ilə Müqəddəs Qurban bayramı münasibətilə şəhid ailələri və aztəminatlı ailələrdən ibarət, ümumilikdə 50 ailəyə qurban paylarının təqdim edilməsi həyata keçirilmişdir.

Bu mübarək gün münasibətilə etdiyiniz bütün dua və niyyətlərin Uca Allah dərgahında qəbul olunmasını diləyir, Qurban bayramınızı səmimi qəlbdən təbrik edirik.

Qurban bayramınız mübarək olsun!

Qaradağ rayonu, Sahil bələdiyyəsi 


Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir