Türkiyədə Qurban bayramının ilk günündə 14 372 nəfər xəsarət alıb
Türkiyədə Qurban bayramının ilk günündə 14 372 nəfər insan xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Kamal Memişoğlu “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Bayramın ilk günündə 14 372 nəfər qurban kəsərkən aldıqları xəsarətlərə görə xəstəxanalarımıza müraciət edib”, – nazir qeyd edib.
K.Memişoğlu bayramı qeyd edən hər kəsə xatırladıb ki, belə halların yaşanmaması üçün Qurban bayramında heyvanlar peşəkarlar tərəfindən kəsilməlidir.
O, Ankarada 1 049, İstanbulda 753, Konyada 655 nəfərin xəsarət aldığını bildirib.
Mənbə: Report.Az