DÜNYA

Rusiya ukraynalı hərbçilərin meyitlərinin repatriasiyası və əsir mübadiləsi üzrə humanitar aksiyasının başladığını elan edib

Rusiya 6 mindən çox ukraynalı hərbçinin meyitinin repatriasiyası və əsirlərin mübadiləsi üzrə genişmiqyaslı humanitar aksiyaya başlayıb.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın danışıqlar qrupunun nümayəndəsi general-leytenant Aleksandr Zorin məlumat verib.

Onun sözlərinə görə, hazırda repatriasiya ediləcək hərbçilərin meyitlərinin ilk partiyası ilə kolonna mübadilə rayonuna çatıb.

“Kolonnada 1 212 meyit var. Yaxın vaxtlarda daha üç eşelon göndərilməyə hazırlanır, hər birində 1 200 meyit var. Bir avtomobil eşelonu da var ki, onda da 1 200 meyit olacaq. Ümumi say 6 000-dən çoxdur”, – o bildirib.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir