İDMAN

“Mançester Yunayted” afrikalı hücumçunun transferi üçün 60 milyon funt-sterlinq təklif edib

İngiltərə təmsilçisi “Mançester Yunayted” “Brentford”un futbolçusu Brayan Mbeumonu transfer etmək üçün klubuna 60 milyon funt-sterlinq təklif edib.

“Report” ESPN-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 25 yaşlı hücumçunun keçidini tez başa çatdırmaq niyyətindədir.

Kamerunlu oyunçu da məhz bu komandada çıxış etmək istəyir.

Qeyd edək ki, Brayan Mbeumo 2024/2025 mövsümündə “Brentford”da 42 matçda 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir