BƏLƏDİYYƏ

 İnternet informasiya ehtiyatlarının BAMS proqramının  yaradılması bələdiyyələrin fəaliyyətinin genişlənməsinə xidmət edir

 İnternet informasiya ehtiyatlarının BAMS proqramının  yaradılması bələdiyyələrin fəaliyyətinin genişlənməsinə xidmət edir

Kommunikasiya texnologiyalarının sürətli inkişafı və internetin gündəlik həyatın ayrılmaz bir parçasına çevrildiyi bir vaxtda müasir və vətəndaş məmnuniyyətini təmin edən idarəetmənin qurulması məqsədilə aparılan uğurlu dövlət siyasəti demokratik cəmiyyətin inkişafı üçün əsas prioritet istiqamətlərdən biri olan informasiya-kommunikasiya texnologiyalarının inkişafının son nailiyyətlərindən BAMS proqramından geniş istifadə edilməsinə bələdiyyələr üçün   zəmin yaratmışdır. Qeyd olunduğu kimi, informasiyanın çəkisinin artdığı indiki dövrdə onu cəmiyyətə çatdıran kütləvi informasiya vasitələrinin və sosial şəbəkələrin müasir dövrdə cəmiyyətə təsir imkanları xeyli genişlənmiş, müasir informasiya texnologiyaları artıq cəmiyyətin inkişafının ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrini əhatə edərək, bütövlükdə cəmiyyətin inkişafına güclü təsir göstərən əsas amillərdən birinə çevrilmişdir.

Bələdiyyələrin İnternet informasiya ehtiyatlarının yaradılması formaları və qaydaları isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2007-ci il tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının və bələdiyyələrin internet informasiya ehtiyatlarının yaradılması Formaları və Qaydaları” ilə müəyyənləşdirilir.

Bələdiyyələri yerli əhalinin məlumatlandırılması üçün ənənəvi üsullardan istifadə etməklə, yəni bələdiyyələrin inzibati binasının qarşısında və əhalinin sıx məskunlaşdığı ərazilərdə xüsusi lövhələr yerləşdirməklə, əhali ilə mütəmadi olaraq görüşlər keçirməklə, qanunla nəzərdə tutulmuş vaxtlarda əhali qarşısında hesabatlar verməklə yanaşı, kütləvi informasiya vasitələri və sosial şəbəkələr vasitəsi ilə öz fəaliyyətlərini işıqlandırmalıdırlar.Qürürla deyə bilərik ki,Muxax bələdiyyəsi bu sahədə öz işini günün tələbləri səviyyəsində qura bilmişdir.Bunun da əsas səbəblərində biri ondan ibarətdir ki,bələdiyyədə gənc bələdiyyə üzvlərinin və kifayət qədər öz işlərinin öhdəsindən layiqincə gələ bilən bələdiyyə qulluqcuları fəaliyyət göstərir.

 Bələdiyyələrin daha səmərəli fəaliyyəti üçün yeni innovativ yollar axtarılmalı və mövcud yerli resurslardan tam həcmdə istifadə olunmalıdır. Bunun üçün isə bələdiyyələrin müvafiq informasiya bazasına malik olması və peşəkar kadrların işə cəlb edilməsi vacib şərtlərdəndir. Bələdiyyələrdə yerli idarəetmənin təşkili prosesində milli qanunvericiliyin verdiyi imkanlar daxilində müasir informasiya texnologiyalarının tətbiqi ilə bağlı bələdiyyə üzv və qulluqçuları biliklərini müntəzəm artırılmalıdırlar.

Qeyd etmək lazımdır ki, vətəndaşların internet resurslarından geniş istifadəsini nəzərə alaraq bələdiyyələr informasiya və kommunikasiya texnologiyaları vasitəsilə yerli əhalinin bələdiyyələrin fəaliyyəti ilə yaxından tanış olması üçün kütləvi informasiya vasitələri və sosial şəbəkələrin yaratdığı imkanlardan yararlanmalıdırlar. Ölkəmizdə əhali tərəfindən intensiv istifadə edilən “facebook”,  platformasının hər gün artan imkanlarından Muxax bələdiyyəsi  lazımi şəkildə istifadə edir,sosial şəbəkələr vasitəsilə yerli əhəmiyyətli məsələlərin həlli istiqamətində görülən işlər barədə cəmiyyətin müxtəlif təbəqələrində ictimai rəy formalaşdırılmalı və bununla da bələdiyyə idarəçiliyinin keyfiyyəti yüksəldilməklə yerli əhalinin etimadı qazanılmalıdır.Biz də bələdiyyə olaraq  calışırıq ki,lazımi səviyyədə işlərimizi qurmaqla ərazidə yaşayan əhalinin ehtimadını qazana bilək.

Bir məqamı əlavə edim ki, bələdiyyə vergilərinin dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Bələdiyyələrə yerli (bələdiyyə) vergi və ödənişlərin düzgün hesablanmasında, tam məbləğdə və vaxtında ödənilməsində, habelə vergi qanunvericiliyinə riayət edilməsində metodiki rəhbərlik Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir. Bələdiyyələrin vergi uçotu bu gün yenilənmiş BAMS üzərində qurulub. Yenilənmiş BAMS proqramı bizə fəaliyyətimiz üçün daha geniş imkanlar açır. BAMS-ın yaratdığı imkandan yararlanmaqla büdcə gəlirlərimizi daha da artırmaq niyyətindəyik.  Əldə edilən gəlirlərin hesabına isə bələdiyyə ərazisində  bir sıra iri həcmli layihələri icra edərək ərazidə yaşayan əhalimizi sevindirmək arzusundayıq.

 BAMS proqramının yaradılmasına əməyi kecən hər kəsə təşəkkürümüzü bildiririk.

 Elvin Yusubov 

Zaqatrala rayonu  Muxax bələdiyyəsinin sədri 

 

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir