DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələnin növbəti oyunları keçiriləcək
2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin növbəti oyunları bu gün baş tutacaq.
“Report”un məlumatına görə, G, H, K qruplarında ümumilikdə altı matç gerçəkləşəcək.
G qrupunun favoriti olan Niderland millisi Finlandiya komandasının qonağı olacaq.
K qrupunda yer alan İngiltərə isə səfərdə Andorranı sınağa çəkəcək.
DÇ-2026, seçmə mərhələ
III tur
G qrupu
20:00. Malta – Litva
22:45. Finlandiya – Niderland
Xal durumu: Polşa – 6 (2 oyuna), Finlandiya – 4 (2), Litva – 1 (2), Niderland – 0 (0), Malta – 0 (2).
H qrupu
17:00. Bosniya və Herseqovina – San Marino
22:45. Avstriya – Rumıniya
Xal durumu: Bosniya və Herseqovina – 6 (2), Rumıniya – 3 (2), Kipr – 3 (2), Avstriya – 0 (0), San Marino – 0 (2).
K qrupu
20:00. Andorra – İngiltərə
22:45. Albaniya – Serbiya
Xal durumu: İngiltərə – 6 (2), Albaniya – 3 (2), Latviya – 3 (2), Serbiya – 0 (0), Andorra – 0 (2).
Mənbə: Report.Az