İDMAN

Azərbaycan yığması Gümüş Avropa Liqasında ilk matçını keçirib

Azərbaycanın kişi voleybolçulardan ibarət yığması I turu İsveçdə təşkil olunan Gümüş Avropa Liqasında ilk matçını keçirib.

“Report” xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu komanda İsveç yığması ilə üz-üzə gəlib.

Görüş meydan sahiblərinin 3:0 (25:13, 25:20, 25:14) hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu sabah Gürcüstana qarşı keçirəcək.

Mənbə: Report.Az