SİYASƏT

Aİ ABŞ sanksiyaları fonunda BCM-i dəstəkləyir

Avropa İttifaqı (Aİ) Beynəlxalq Cinayət Məhkəməsini (BCM) güclü şəkildə dəstəkləyir.

“Report” xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti Antoniu Koşta ABŞ Prezidenti Donald Tramp administrasiyasının BCM-in dörd hakiminə qarşı sanksiya tətbiq etmək qərarını şərh edərkən bildirib.

Koşta BCM-i beynəlxalq ədalətin təməl daşı adlandırıb və bildirib ki, onun müstəqilliyi və bütövlüyü qorunmalıdır.

Xatırladaq ki, dünən Ağ Ev BCM-in İsrailin Baş naziri Binyamin Netanyahunun həbsinə order verməsi və ABŞ əsgərlərinin Əfqanıstanda törətdiyi mümkün müharibə cinayətləri ilə bağlı iş açmaq qərarına cavab olaraq sanksiyalar elan edib.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir