BƏLƏDİYYƏ

Xocasən bələdiyyəsi məktəbli rəssamların arzusunu yerinə yetirib

Xocasən bələdiyyəsi məktəbli rəssamların arzusunu yerinə yetirib

Xocəsən bələdiyyəsinin sədri Nigar Məmmədova Xocəsən inzibati ərazisində fəaliyyət göstərən tam orta məktəblərlə mütəmadi əlaqələr yaradır,  məktəb direktorları ilə görüşərək  söhbətlər aparır, onların arzu və təkliflərini dinləyir, problemlərinin həll olunmasında bələdiyyənin səlahiyyətləri çərçivəsində həllinə köməklik göstərir.

Həmin görüşlərin birində 103 və 313 saylı tam orta məktəblərin müəllim kollektivi təsviri incəsənət dərslərində uşaqlarda rəssamlığa marağın artırılması, həvəskar rəssamların istedadlarının üzə çıxarılması, həmçinin şagirdlərdə fiziki və zehni sağlamlıq üçün yaxşı mühitin yaradılmasına dəstək göstərilməsi məqsədi ilə rəsm taxtaları ının( Molbert) alınmasını xahiş etmişlər.

Bələdiyyənin ümumi iclasında məsələyə baxılmış, təklif müsbət qiymətləndirilərək maliyyə vəsaitinin ayrılması qərara alınmışdır. Bu günlərdə rəsm taxtaları alınaraq məktəbin müəllim və şagirdlərinə təqdim edilmişdir.

Xocasən bələdiyyəsi

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir