BƏLƏDİYYƏ

Təmraz Tağıyev: “Park və yaşıllıq zolaqları  daim Nərimanov bələdiyyəsinin diqqət mərkəzindədir”

Təmraz Tağıyev: “Park və yaşıllıq zolaqları  daim Nərimanov bələdiyyəsinin diqqət mərkəzindədir”

“Bu gün Nərimanov bələdiyyəsi rayonun Milli Qəhrəman Gültəkin Əsgərova adına olan parkda cari təmir işlərini başa çatdırıb”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Təmraz Tağıyev bildirib. 

Sədrin sözlərinə görə, bələdiyyənin hazırda əsas fəaliyyət istiqamətlərindən biri park və yaşıllıq zolaqlarında yaranmış vəziyyəti diqqətdə saxlamaqdır. Yeddi hektarlıq yaşıllıq zolağında carı ildə müxtəlif qurumlar tərəfindən, habelə bələdiyyə tərəfindən mütəmadi olaraq ağacəkmə aksiyaları keçirilməkdədir. Bununla yanaşı ərazidə damcı suvarma sistemi qurulmuş, yeddi su quyusu qazılaraq suyundan ərazinin sulanmasında istifadə edilir.

Rayonun mərkəzində yerləşən Milli Qəhrəman Gültəkin Əsgərova adına olan parkda daim Nərimanov bələdiyyəsinin diqqətində  saxlanılır.

Bir həftə ərzində davam edən cari təmir işləri bu gün başa çatdırılmış və sakinlərin istifadəsinə verilmişdir.

Biz sakinlərə xidmətimizi bundan sonra da layiqincə davam etdirəcəyik.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/