Sumqayıt bələdiyyəsi “Bələdiyyə parkı” ərazisində yeni su xətti çəkir
Sumqayıt bələdiyyəsi “Bələdiyyə parkı” ərazisində yeni su xətti çəkir
Sumqayıt bələdiyyəsi cari il üçün işlərini davam etdirir.
Belə ki, Sumqayıt bələdiyyəsi qurumun tabeliyindəki “Bələdiyyə parkı” ərazisində yeni su xətti çəkir.
Çəkilən su xətləri park ərazisindəki ağacların daha rahat və səmərəli suvarılmasını təmin edəcək. Bununla yanaşı park ərazisində istirahət edən vətəndaşlar yaranan su tələbatını ödəmək üçün həmin xətlərdən istifadə edə biləcəklər.
Qeyd edək ki, çəkilən yeni su xətlərinin uzunmüddətli olması məqsədilə yüksəl keyfiyyətli borulardan istifadəyə üstünlük verilib.
Sumqayıt bələdiyyəsi
Mənbə: Meneviyyat.Az/