Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyi layihə çərçivəsində növbəti görüş keçirib – FOTOLAR
Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyi “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində növbəti görüş keçirilib.
QHT.az xəbər verir ki, Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyinin Prezidenti İlqar Hüseynli tərəfindən Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını təşviqi layihəsi çərçivəsində atılacaq növbəti tədbirlər barədə məlumat vermişdir. Bildirmişdir ki, bu istiqamtdə 15-18 iyun tarişxində Belarusun Minsk şəhərində Belarus ictimaiyyətinin, diaspora təmsilçilərinin iştirakı ilə Beynəlxalq Konfrans keçiriləcəkdir. Konfransın materialları Azərbaycan ictimaiyyətinə və mediayaya təqdim olunacaqdır.Eyni zamanda layihə fəaliyyəti dövründə Qərbi Azərbaycanlıların məskunlaşdığı region icmalarında tədqiqat işi aparılacaq, görüşlər keçiriləcəkdir.
İlqar Hüseynli qeyd etmişdir ki, bu görüşlərin əsas hədəfi layihə fəaliyyətinin daha da səmərəli və effektivliyini təmin etməkdir
Qərbi Azərbaycan İcmasının QHT-lərlə məsul şəxsi və QAİ-nın İdarə Heyyətinin üzvü Rauf Zeyninin yerli və beynəlxalq səviyyədə fəaliyyət göstərən QHT rəhbərləri ilə baç tutuan bu görüşü müsbət hadisə kimi dəyərləndirmişdir. O bildirmişdir ki, bu günkü görüşdə o, QAİ-ninİH-nin üzvü kimi iştirak edir. Layihə fəaliyyətlərinin daha da effektiv qurulması baxımından bu tipli görüşlərin əhəmiyyətli olduğunu və Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyi tərfindən atılan ilk nümunə kimi dəyərləndirdiyini ifadə etmişdir. Rauf Zeyni QHT-lərin Qərbi Azərbaycana qayıdış proseslərinin beynəlxalq səviyyədə təqdim olunması təşəbbüslərinin olduqca əhəmiyyətli olduğunu vurğulamışdır. Eyni zamanda qeyd etmişdir ki, İdarə Heyyətinin üzvü olaraq bu istiqamətdə əhəmiyyətli təşəbbüslərə dəstək verməyə hazırdır.
Görüşdə “Demokratiyanı Öyrətmə” İB-nin sədri, tanınmış hüquqşünas Mirəli Hüseynov və Beynəlxalq hüquq sahəsində mütəxəsis Ziya Quliyev Qərbi Azərbaycana qayıdışın beynəlxalq hüquq prinsipləri çərçivəsində həyata keçirilməsi istiqamətində müxtəlif təkliflər və təcrübələri çatdırmışlar.
Tədbirdə Azərbaycan diasporasının Finlandiyada təmsilçiləri qonaq qismində iştirak etmişlər. Finlandiya Azərbaycan Assosiasiyasının sədri Vasif Muradlı və Finlandiyada fəaliyyət göstərən Avroatlantika Azərbaycanlıları Tərəfdaşlıq Şurasının İdarə Heyyətinin üzvü Arzu Oqtay Qərbi Azərbaycanla bağlı həyata keçirilən beynəlxalq tədbirlərin riskləri,həfəd auditoriyası və baş verə biləşək fors major hallarla bağlı təcrübələrini bölüşümşlər.Bu da belə əhəmiyyətli və həssas mövzu ətrafında manevr imkanlarının qiymətləndirməsi baxımdan uğurlu bir təcrübə kimi dəyərləndirilmişdir.
Görüşdə QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə çıxış edərək layihənini icrasını olduqca əhəmiyyətli olduğunu vurğulamış və bu istiqamətdə medianın rolunu və imkanlarını xüsusi olaraq qeyd etmişdir.
Görüşdə Zərngəzur TV-nin əməkdaşı Nilufər Məcnunlu, tanınmış QHT sədri Rahilə Mehdiyeva, Bakı Autizm mərkəzinin sədri Mehriban Əliyeva, QHT rəhbəri Elnur Məmmədli müxtəlif təkliflərlə çıxış etmişlər. Layihə çərçivəsində növbəti fəaliyyət Belarus Respublikasının paytaxtı Minsk şəhərində beynəlxalq konfransla davam edəcəkdir.Beynəlxalq konfransda beynəlxalq hüquq sahəsində tanınmış ekspert Ziya Quliyev Azərbaycan həqiqətlərini Belaris ictimaiyyətinə təqdim edəcəkdir.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə həyata keçirilir.
Mənbə: Turkustan.Az