DÜNYA

Kanadanın baş naziri ABŞ-nin yeni tariflərini qeyri-qanuni adlandırıb

Kanadanın baş naziri Mark Karni Amerikanın yeni tariflərini qeyri-qanuni və əsassız adlandırıb.

“Report” xəbər verir ki, bu barədə hökumət başçısı jurnalistlərə deyib.

“Amerikanın polad və alüminiuma tətbiq etdiyi son rüsumlar əsassız və qeyri-qanunidir. Ottavaya cavab verməzdən əvvəl bir az vaxt lazımdır, amma çox deyil”, – deyə o bildirib.

Karni izah edib ki, Kanada hazırda ABŞ ilə tariflər üzrə danışıqları davam etdirir və Vaşinqtonun hərəkətləri, konkret olaraq Kanadaya qarşı yönəlməyib, qlobal xarakter daşıyır.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir