GÜNDƏM

Ermənistan arxivindən hansı materiallar Azərbaycana verilib? – DETALLAR

Ermənistanda Milli Arxivdən müəyyən materialların Azərbaycana verilməsi ilə bağlı “dövlətə xəyanət və casusluq” maddələri ilə cinayət işi açılıb.

Turkustan.az Publika.az-a istinadən xəbər verir ki, daha öncə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin arxiv materiallarının başqa ölkəyə verilməsi ilə bağlı Milli Arxiv İdarəsinin rəhbər şəxslərini həbs etdiyinə dair məlumatlar yayılmışdı. Lakin bu məlumatlar rəsmi şəkildə açıqlanmadı.

Ermənistanın İstintaq Komitəsi “pastinfo” saytının sorğusuna cavabında arxiv materiallarının Azərbaycana verilməsi ilə bağlı cinayət işinin açıldığını təsdiqləyib.

“Pastinfo”ya müsahibəsində Ermənistan Respublikasının İstintaq Komitəsi cinayət işinin mövcudluğunu təsdiqləyib.

Lakin hansı materialların nə vaxt Azərbaycana verildiyi haqda məlumat verilməyib.









Mənbə: Turkustan.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir