SİYASƏT

Azərbaycanın ev sahibliyi edəcəyi Ümumdünya Ətraf Mühit Gününün gündəliyi açıqlanıb

Azərbaycanın BMT-nin Ətraf Mühit Proqramı ilə birlikdə 2026-cı il iyunun 5-də ev sahibliyi edəcəyi Ümumdünya Ətraf Mühit Gününün gündəliyi açıqlanıb.

“Report” xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) “X”səhifəsində paylaşım edilib.

Qeyd olunub ki, 2026-cı ilin mövzusu urbanizasiya və iqlim dəyişikliyi arasındakı həyati əlaqəni vurğulayaraq, Azərbaycanın qlobal ekoloji əməkdaşlığı gücləndirmək və təsirli, inklüziv iqlim fəaliyyətinə dair davamlı öhdəliyini əks etdirəcək.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir