İDMAN

Azərbaycanlı futbolçu Türkiyə klubundan ayrılıb

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli çıxış etdiyi Türkiyə təmsilçisi “Boluspor”dan ayrılıb.

“Report”un məlumatına görə, bu barədə yarımmüdafiəçi sosial şəbəkə hesabında bildirib.

O, paylaşımında “hər şey üçün təşəkkürlər, “Boluspor” sözlərini yazaraq ayrılığa işarə edib.

Qeyd edək ki, 29 yaşlı futbolçu 2024-cü ildən “Boluspor”da çıxış edirdi.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir