BƏLƏDİYYƏ

 Vahid Mirzəyev: “Bələdiyyə olaraq əsas vəzifəmiz  vətəndaşlara xidmət etməkdir”

 Vahid Mirzəyev: “Bələdiyyə olaraq əsas vəzifəmiz  vətəndaşlara xidmət etməkdir”

“Bələdiyyənin
uğuru əməkdaşların bu quruma göstərdiyi diqqətdən çox asılıdır”- bu fikirləri Cəlilabad
bələdiyyəsinin sədri Vahid Mirzəyev kollektiv uzvlərinin iştirakı ilə keçirilən
görüşdə deyib.

Sədr
görüşdə qeyd edib ki, özünüidarəetmə orqanı, bir struktur kimi, Azərbaycanda
1999-cu ildə yaradılıb. Ötən müddət ərzində onların fəaliyyətinin hüquqi tənzimlənməsi
üçün qəbul olunmuş qərarlar və qanunlar, eyni zamanda, əldə olunmuş təcrübə,
yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin daha da səmərəli şəkildə
qurulmasına şərait yaradır.

Bələdiyyə
olaraq əsas vəzifəmiz
 vətəndaşlara
xidmət etməkdir. Bu səbəbdən də sosial və digər aidiyyati problemlərin həllində
onların üzərinə böyük məsuliyyət düşür. Əgər bələdiyyə sakinlər tərəfindən seçilirsə, sözsüz
ki, xalqa xidmət etməlidir.

Sədr görüşdə
qulluqçularda peşəkarlıq səviyyəsinin artırılması, gündəlik işin təşkil
olunması ilə bağlı təklif və tövsiyələrini bildirib. Fəal qarşılıqlı müzakirə şəraitində
davam edən görüşün gedişində bələdiyyə qulluqçuları  mövcud olan spesifik problemlərin həllinə dair
çoxsaylı təkliflərlə çıxış ediblər.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/