DÜNYA

Trampın xüsusi nümayəndəsi: Rusiyaya qarşı yeni sanksiyalar hazırdır

Rusiyaya qarşı daha sərt sanksiyalar, o cümlədən üçüncü ölkələrə qarşı məhdudiyyətlərin tətbiqi yolu ilə hazırdır, sadəcə ABŞ Konqresində müvafiq qanun layihəsini təsdiqləmək və Prezident Donald Trampın təsdiqini almaq lazımdır.

“Report”un xəbərinə görə, bu barədə ABŞ liderinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “Fox News” telekanalının efirində bildirib.

“Mən (senator) Lindsi Qrem ilə keçən həftə sonu danışdım və inanıram ki, onlar hazırdırlar. Sanksiyalar tətbiq olunmağa hazırdırlar. Onlar “2025-ci il Rusiya əleyhinə sanksiyalar qanunu” adlanır. Onlar kifayət qədər sərtdir”, – xüsusi nümayəndə bildirib.

O, məhdudiyyətlərin ilk növbədə Rusiya neft məhsullarının ixracına yönəldiyini vurğulayıb.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir