Qalib Mirzəyev İmişli bələdiyyəsinin sədri seçilib
Qalib Mirzəyev İmişli bələdiyyəsinin sədri seçilib
Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinə,
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun
16-1-ci maddəsinə və Mərkəzi Seçki Komissiyasının 14 fevral 2025-ci il tarixli
qərarına əsasən 17 fevral tarixində İmişli bələdiyyəsinə üzv seçilmiş şəxslərin iştirakı ilə bələdiyyənin ilk iclası keçirilib. Bu barədə Belediyye.infoya məlumat
İmişli bələdiyyəsindən daxil olub.
15 bələdiyyə
üzvünün iştirakı ilə keçirilən iclasda bələdiyyənin sədri və sədr müavini seçilib. İclasda Qalib Mirzəyev sədr, Suvarağa Cəfərov
isə yekdilliklə sədr müavini seçilib.
Sədr
və sədr müavini onlara göstərilən
etimada görə bələdiyyə üzvlərinə təşəkkürlərini
bildirməklə yanaşı, bu etimadı doğrulıtmaq üçün bütün qüvvələri ilə çalışacaqlarını bildiriblər.
Qeyd
edək ki, sədr seçilən Qalib Mirzəyev 4715 səs yığaraq siyahıda birinci yeri
tutub. Bundan əvvəl isə Qalib Mirzəyev Peşə
Təhsili Mərkəzinin direktoru olub.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/