BƏLƏDİYYƏ

Qalib Mirzəyev İmişli bələdiyyəsinin sədri seçilib

Qalib Mirzəyev İmişli bələdiyyəsinin sədri seçilib

Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinə,
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun
16-1-ci maddəsinə və Mərkəzi Seçki Komissiyasının 14 fevral 2025-ci il tarixli
qərarına əsasən 17  fevral tarixində İmişli  bələdiyyəsinə  üzv seçilmiş şəxslərin iştirakı ilə  bələdiyyənin ilk iclası keçirilib.  Bu barədə  Belediyye.infoya məlumat
İmişli bələdiyyəsindən daxil olub.

15 bələdiyyə
üzvünün iştirakı ilə keçirilən iclasda bələdiyyənin sədri və  sədr müavini seçilib.   İclasda Qalib Mirzəyev sədr, Suvarağa Cəfərov
isə yekdilliklə sədr müavini seçilib.

Sədr
və sədr müavini  onlara göstərilən
etimada görə bələdiyyə üzvlərinə təşəkkürlərini 
bildirməklə yanaşı, bu etimadı doğrulıtmaq üçün bütün  qüvvələri ilə çalışacaqlarını bildiriblər.

Qeyd
edək ki, sədr seçilən Qalib Mirzəyev 4715 səs yığaraq siyahıda birinci yeri
tutub.  Bundan əvvəl isə Qalib Mirzəyev Peşə
Təhsili Mərkəzinin direktoru olub.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir