DÜNYA

Putin yeni Roma Papası ilə danışıb

Rusiya Prezidenti Vladimir Putin yeni Roma Papası XIV Leo ilə telefonla danışıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Məlumata görə, Putin Roma Papasının diqqətini Ukrayna ilə müharibənin gərginləşməsinə yönəldib və həmçinin münaqişənin həllində köməklik göstərməyə hazır olduğuna görə təşəkkür edib.

Rusiya lideri siyasi və diplomatik yollarla sülhə nail olmaqda maraqlı olduğunu təsdiqləyib.

Kremlin mətbuat xidməti qeyd edib ki, Rusiya və Vatikan mənəvi dəyərlərə əsaslanan əlaqələri gücləndirmək barədə razılığa gəliblər.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir