Moldova 2028-ci ildə Aİ-yə daxil olmaq üçün maksimim səy göstərəcək
Moldova Baş naziri Dorin Reçan hökumətin artıq 2028-ci ildə Avropa İttifaqına daxil olmaq üçün maksimum səy göstərməyə hazır olduğunu bildirib.
“Report”un məlumatına görə, bu barədə Moldova hökumətinin mətbuata açıqlamasında deyilir.
“Hökumət Moldovanın 2028-ci ilə qədər Avropa İttifaqına daxil olmağa hazır olması üçün əlindən gələni edəcək”, – deyə Reçan Brüsseldə Avropa Parlamentinin prezidenti Roberta Metsola ilə görüşündə bildirib.
Məlumata görə, tərəflər Moldovanın Avropaya inteqrasiyası prosesində Avropa İttifaqının dəstəyini müzakirə ediblər.
Mənbə: Report.Az