DÜNYA

Medinski: Rusiya Ukrayna ilə əsirlərin mübadiləsinə başlamağa hazırdır – YENİLƏNİB

Rusiya 7-9 iyunda Ukrayna ilə əsirlərin mübadiləsinə başlamağa hazırdır.

“Report”un Rusiya KİV-lərinə istinadən məlumatına görə, bunu RF prezidentinin köməkçisi Vladimir Medinski bildirib.

O, həmçinin qeyd edib ki, Ukrayna ərazisində Rusiya əsgərlərinin meyitləri ola bilər, lakin onlar daha azdır və Moskva onları qəbul etməyə hazır olacaq.

17:05

İyunun 7-8-də Ukrayna və Rusiya arasında növbəti hərbi əsir mübadiləsi baş tuta bilər, lakin Kiyev hələ Moskvadan siyahıları almayıb.

“Report” “Liga.net”ə istinadən xıbır verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Rusiya tərəfi razılaşdırılmış 1000 nəfərdən 500 nəfəri bu həftə sonu təhvil verə biləcəyi barədə məlumat verib. Biz müvafiq sayda əsir mübadiləsinə hazırıq”, – o bildirib.

Dövlət başçısı vurğulayıb ki, Ukrayna hələ Rusiyadan əsirlərin siyahılarını almayıb və bu, “narahatlıq doğurur”.

“İstanbuldakı ilkin danışıqlardan fərqli olaraq, bu dəfə biz onların əvvəlcədən təqdim edilməsi barədə razılığa gəldik. Rusiyalılar siyahıların əvvəlcədən təqdim ediləcəyinə əmin etsələr də, hələ heç bir siyahı verilməyib, bu isə yeni gecikmələrdən xəbər verir”, – o bildirib.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir