DÜNYA

KİV: ABŞ ilə İran arasında növbəti görüş iyunun 7-si və ya 8-də keçirilə bilər

ABŞ ilə İran arasında birbaşa olmayan görüşün altıncı raundunun iyunun 7-si və ya 8-də keçirilməsi gözlənilir.

“Report” xəbər verir ki, bu barədə “Hamshahrionline.ir” məlumat yayıb.

Bildirilib ki, görüş bu həftənin sonu (şənbə-bazar) Yaxın Şərq ölkələrindən birində keçirilə bilər.

Qeyd edək ki, bəzi mənbələr növbəti raundun keçirilməyəcəyini də bildirmişdi.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir