BƏLƏDİYYƏ

Elşad Vəliyev: ” Xətai bələdiyyəsi rayonda həyata keçirilən abadlıq – quruculuq işlərinə hər zaman  öz dəstəyini göstərməkdədir”

Elşad Vəliyev: ” Xətai bələdiyyəsi rayonda həyata keçirilən abadlıq – quruculuq işlərinə hər zaman  öz dəstəyini göstərməkdədir”

“Xətai
rayonunun Kazımağa Kazımov küçəsində bələdiyyə tərəfindən növbəti layihə icra
olunmaqdadır” – bu fikirləri adıçəkilən bələdiyyənin sədri Elşad Vəliyev
bildirib .

Sədrin
sözlərinə görə, bu günlərdə adıçəkilən küçədə bələdiyyə kollektivinin  və könüllülərin iştirak etdiyi ağacəkmə aksiyası  rayonun 8 Noyabr prospektində təşkil olunub.
Ağacəkmə aksiyasında Xətai bələdiyyənin əməkdaşları  tərəfindən 
1300 yüzdən çox  “Eldar
şamı”, zeytun , habelə digər dekorativ 
ağac və gül kollar əkilib, onlara müvafiq aqrotexniki qulluq göstərilib.

Aksiya
ətraf mühitin və ekoloji tarazlığın qorunmasına, yaşıllıqların artırılmasına dəstək
verilməsi, eləcə də vətəndaşlar arasında ekoloji mədəniyyətin, təbiətə qayğı
hissinin təbliğ edilməsi məqsədi daşıyıb.

Qeyd
edək ki, Xətai bələdiyyəsi Xətai RİH təşəbbüsü ilə rayon ərazisində  ağacəkmə aksiyaları mütəmadi olaraq təşkil
edilir.

Belediyye.info

.

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir