BƏLƏDİYYƏ

Elşad Vəliyev:  “Hər il olduğu kimi, bu ildə ənənəyə sadiq qalan Xətai bələdiyyəsi….”

Elşad Vəliyev:  “Hər il olduğu kimi, bu ildə ənənəyə sadiq qalan Xətai bələdiyyəsi….”

“Müqəddəs Qurban bayramı bütün dünya müsəlmanları tərəfindən qeyd edilən İslam dininin ən müqəddəs bayramlarından biri hesab olunur”- bu fikirləri Xətai blədiyyəsinin sədri Elşad Vəliyev deyib.  

Sədr qeyd edib ki, bəşəriyyəti sülhə, ədalətə, bərabərliyə səsləyən İslam dini minilliklər boyu öz bayramları ilə insanlar arasında mərhəməti, həmrəyliyi, xeyirxahlığı təcəssüm etdirir.

 Artıq müstəqillimiz bərpa edildikdən sonra dövlətimiz tərəfindən yüksək qiymətləndirilən Qurban bayramı rəsmi şəkildə qeyd olunmağa başladı.  Azərbaycan yeganə ölkədir ki, burada mövcud olan bütün dinlərin nümayəndələri üçün azad və bərabər imkanlar yaradılıb, tolerantlıq bütün tərəfləri ilə bərqərar olub. İstər xristian, istər yəhudi, istərsə də İslam dininə aid dini ayinlər sərbəst şəkildə icra olunur və bayramlar qeyd edilir. Bu mötəbər günlərdə dini konfessiyaların nümayəndələri vahid Azərbaycan xalqının birlik və qardaşlığını nümayiş etdirir, bir-birilərini təbrik edirlər. Bu da vahid xalqımızın mənəvi birliyinin əlamətidir. 

Dinimizə böyük dəyər verən Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində məscidlər tikilmiş, dini ibadətgahlar, müqəddəs məkanlar bərpa edilmiş, müqəddəs  dini bayramlarımız yüksək səviyyədə qeyd olunmuşdur. Ulu öndər dini bayramlar zamanı  həmişə xalqın yanında olmuş, onları təbrik etmişdir.

Bu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qədim tarixə və mədəniyyətə malik olan xalqımız İslam dünyasının bir parçası kimi bu bayramı dini qaydalara uyğun olaraq hər il böyük Allah sevgisi ilə qeyd edir, qurbanlar kəsir, xeyirxah əməllər təbliğ olunur.

 Və bu prosesdə biz bələdiyyələrdə kənarda qalmır, maliyyə imkanları çərçivəsində öz töhfəmizi verməyə çalışırıq.  Bu bayram günündə ehtiyacı olan şəxslərə, həssas əhali qruplarına, uşaq və qocalar evlərinə yardımlar edilir. 

Hər il olduğu kimi, bu ildə ənənəyə sadiq qalan Xətai bələdiyyəsi Xətai RİH-in təşəbbüsü ilə  həyata keçiriləcək  hər bir addım  bələdiyyə iclasında müzakirə edilərək təsdiq edilib.

Müqəddəs Qurban Bayramınız mübarək!      

Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir