BƏLƏDİYYƏ

Tədbir Sabunçu rayon bələdiyyələrinin dəstəyi ilə baş tutub

Tədbir Sabunçu rayon bələdiyyələrinin dəstəyi ilə baş tutub

Sabunçu rayonunda  bələdiyyə-icra münasibətləri öz təşkilatçılığı ilə daim fərqlənib.  Həyata keçirilən layihələrin icrasında rayonda formalaşan  bələdiyyənin hər biri öz töhfəsini verir. 

Təşkilatçılıq və bəzən də təşəbbüskarlıq Sabunçu RİH-də olsa da prosesin icrası bələdiyyələr tərəfindən sistemli şəkildə həyata keçirilir.  Bələdiyyə-icra münasibətlərinin sistemli şəkildə tənzimlənməsi öz təsirini  bələdiyyələrin büdcə gəlirlərinin artımında da göstərməkdədir. 

Əlavə edək ki, bu günlərdə 1  İyun “Uşaqların Beynəlxalq   Müdafiəsi Günü” münasibətilə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Sabunçu rayon bələdiyyələrinin dəstəyi ilə rayonda fəaliyyət göstərən “Ayxan” ticarət və əyləncə mərkəzində Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan igidlərimizin övladları üçün bayram şənliyi təşkil edilib.

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir