İDMAN

“Latsio”nun kapitanı yayda klubdan ayrıla bilər

“Latsio”nun kapitanı Mattia Zakkani bu yay İtaliya klubundan ayrıla bilər.

“Report” “Football Italia”ya istinadən xəbər verir ki, “Napoli” 30 yaşlı vingeri heyətinə qatmaq niyyətindədir.

Futbolçu yanvardan etibarən Neapol təmsilçisi ilə danışıqlar aparır.

Qeyd edək ki, bir müddət əvvəl Roma klubu ilə müqaviləsinin müddətini 2029-cu ilə qədər uzadan M.Zakkani “Latsio”nun heyətində meydana çıxdığı 46 matçda 10 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir