BƏLƏDİYYƏ

“İxtisas bələdçisi” forumu keçirildi

“İxtisas bələdçisi” forumu keçirildi

Mayın 16-da Dövlət Məşğulluq Agentliyi tərəfindən Mərkəzi Aran Regional Təhsil İdarəsinin, Mingəçevir Bələdiyyəsinin və Mingəçevir Dövlət Universitetinin təşkilatı dəstəyi ilə “İxtisas bələdçisi” forumu keçirildi.

Foruma ev sahibliyi edən Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov forum iştirakçılarına uğurlar arzuladıqdan sonra forum iki  panel üzrə işinə başladı. Forumda ixtisas seçiminin meyarları, kodlaşdırma zamanı diqqət edilməli məqamlar, prosesin psixoloji aspektləri, ixtisas qruplarına daxil olan əsas ixtisaslar, onların gələcək perspektivləri mövzularında müzakirələr aparıldı. Müzakirələrdə abituriyentlər, 8-11-ci sinif şagirdləri  və onların valideynləri, müəllimlər, təhsil ekspertləri və karyera məsləhətçiləri  iştirak edirdilər. 

Üç saat davam edən forum sual-cavabla yekunlaşdı.

Mingəçevir Bələdiyyəsi


Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir