İDMAN

İtaliya klubu “Barselona”nın futbolçusunu tam transfer edib

İtaliyanın “Komo” klubu İspaniya təmsilçisi “Barselona”nın futbolçusu Aleks Valyeni tam transfer edib.

“Report” xəbər verir ki, bu barədə kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İtaliya klubu bu ilin fevralından “Barselona”nın B komandasından icarə əsasında heyətinə qatdığı 21 yaşlı ispaniyalı müdafiəçinin satın alınması variantından yararlanıb.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan A.Valye “Komo”nun heyətində A Seriyasında 15 matçda meydana çıxıb. Futbolçu 6 milyon avro dəyərində qiymətləndirilir.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir