BƏLƏDİYYƏ

Hümbət Hüseynov:  “Bələdiyyələrin vahid informasiya sistemi dövlət informasiya sistemi hesab olunursa, onun saxlanılması da…”

Hümbət Hüseynov:  “Bələdiyyələrin vahid informasiya sistemi dövlət informasiya sistemi hesab olunursa, onun saxlanılması da…”

“Bələdiyyələrin vahid informasiya sisteminin yaradılması və tədiyə bildirişlərinin həm də elektron qaydada vergi ödəyicilərinə təqdim edilməsi məsələsinin qanuna əlavə edilməsi   bələdiyyələrdə şəffaflığın tam təmin edilməsinə öz töhfəsini verəcəkdir”-  bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin videokonfrans formatında keçirilən  iclasında  Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının və M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov bildirib. 

O xatırladıb ki, tədiyə bildirişlərinin elektron qaydada vergi ödəyicilərinə təqdim edilməsi əsasən şəffaflığın  və  ölkə başçısının daim tələb etdiyi vətəndaş məmnunlunğunun təmin edilməsinə söykənən bir addımdır.

Odur ki, hər bir bələdiyyə qanunun yaradacağı bu imkandan yararlanmaqla, həm də büdcə gəlirlərinin həcmini artırmağa nail olmalıdır. 

Sədr qeyd edib ki, düzəlişlərin birində qeyd edilir  ki, “Bələdiyyələrin vahid informasiya sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi üçün zəruri xərclər həmin sistemin əsasnaməsi ilə müəyyən edilmiş həcmdə yerli büdcənin gəlirləri hesabına maliyyələşdirilir.”   Bu arada sədr təklif edib ki, bu xərclər dövlətin bələdiyyələrə ayırdığı dotasiya hesabına ödənsə daha məqbul sayıla bilər. Düşünmək olar ki, düzəlişə bu əlavənin edilməsi  daha məqsədəuyğun sayıla bilər.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir