Hacı Zeynalabdin bələdiyyəsinin ilk iclası keçirildi: sədr və müavinləri seçildi
Hacı Zeynalabdin bələdiyyəsinin ilk iclası keçirildi: sədr və müavinləri seçildi
Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinə,
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun
16-1-ci maddəsinə və Mərkəzi Seçki Komissiyasının 14 fevral 2025-ci il tarixli
qərarına əsasən Sumqayıt şəhəri Hacı Zeynalabdin bələdiyyəsinə üzv seçilmiş şəxslərin
siyahısını elan edərək, bələdiyyənin ilk iclasının gündəliyində Sədr və Sədr
müavinlərinin seçilməsi təsdiq olundu.
Səs vermənin nəticəsinə əsasən Sumqayıt şəhəri Hacı Zeynalabdin bələdiyyəsi üzrə Qasımova Əsli Nofəl qızı sədr, Abbasov Vüsal Hidayət oğlu və Həmzəyev Balakişi Mərvan oğlu sədr müavini seçiliblər.
İclasda Əsli Qasımova bələdiyyə üzvlərinə ona göstərdikləri
etimada görə təşəkkürünü bildirib.
Hər bir üzvümüzü bu qalibiyyətlə əlaqədar olaraq təbrik edirəm
və gələcək 5 il fəaliyyətimiz müddətində hər birimizə uğurlar arzu edirəm.
Dövlətimiz, Millətimiz, Vətənimiz üçün xeyirli və uğurlu
olsun – deyə Əsli Qasımova qeyd edib.
Hacı Zeynalabdin bələdiyyəsi
Mənbə: Meneviyyat.Az/