DÜNYA

Eks-qubernator Ermənistanın polis rəisi təyin edilib

Lori vilayətinin keçmiş qubernatoru Aram Kazaryan Ermənistanın polis rəisi təyin edilib.

“Report” erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Baş nazir Nikol Paşinyanın 3 iyun tarixli qərarı ilə Aram Kazaryan polis rəisi, Daxili İşlər nazirinin müavini təyin edilib”, – məlumatda deyilir.

Dünən onun sələfi Aram Ovannisyan tutduğu vəzifədən azad edilib.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir