GÜNDƏM

ƏDV-lər balansımıza niyə bir ay müddətində geri qaytarılır? – MARAQLI SƏBƏB

Bəzi hallarda marketlərdən alınan məhsulların qəbzlərindəki Əlavə Dəyər Vergisi (ƏDV) geri qaytarılmaq üçün sistemə yükləndikdə, uzun müddət “gözləmə” statusunda qalır. ƏDV məbləğinin hesablara köçürülməsi bəzən bir ay, hətta daha uzun müddət çəkir. Bəs ƏDV-lər niyə balansa gec keçir?

Mövzu ilə bağlı Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov Konkret.az-a açıqlamasında bildirib ki, ƏDV-nin geri qaytarılması Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi müvafiq qaydalara əsasən həyata keçirilir.

“Bu, müəyyən prosedurların yerinə yetirilməsini tələb edir. Geri qaytarılma prosesi Dövlət Vergi Xidmətinin təsdiqindən sonra mümkün olur. Alıcılar məhsulu 14 gün ərzində dəyişdirmək və ya geri qaytarmaq hüququna malik olduqlarından, kassaya daxil edilən çek bu müddət ərzində “gözləmə” statusunda saxlanılır. Yalnız bu müddət başa çatdıqdan sonra çek aktivləşir. Elə bu səbəbdən növbəti mərhələdə məlumat aidiyyəti banka ötürülür və 30 gün ərzində nəzərdə tutulan məbləğ müştəriyə qaytarılır”.

İqtisadçı əlavə edib ki, qanunvericiliyə əsasən, bu müddət bir ay olaraq göstərilib.

“Bu isə ondan irəli gəlir ki, proses zamanı müvafiq təsdiqləmə prosedurları və icazələrin verilməsi müəyyən vaxt tələb edir. Nəticə etibarilə, ƏDV-nin geri qaytarılması qeyd olunan mərhələlər tamamlandıqdan sonra həyata keçirilir”.









Mənbə: Turkustan.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir