GÜNDƏM

Azərbaycanın sürücülük vəsiqəsi xarici ölkələrdə niyə tanınmır? – AÇIQLAMA

“Azərbaycan Respublikasının sürücülük vəsiqəsinin digər ölkələrdə tanınması hər bir ölkənin daxili qanunlarına əsasən tənzimlənir. Bəzi ölkələrdə Azərbaycanın sürücülük vəsiqəsi tanınır, bəzilərində müəyyən müddətlik qüvvədə olur, bəzilərində isə ümumiyyətlə tanınmır”.

Turkustan.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Samuran Səmədbəyli deyib.

“Bunun üçün əvvəllər vəsiqənin üzərindəki məlumatların yalnız latın əlifbası ilə qeyd olunmasını əsas göstərirdilər. Ancaq bu problem həll olunsa da, demək olar, Avropa və Asiya ölkələrinin bir çoxunda yenə də sürücülük vəsiqəsi tanınmır. Bu problemi yaşamamaq üçün sürücülər vəsiqəni Beynəlxalq Sürücülük Assosiasiyasının saytında qeydiyyatdan keçirməlidirlər. Ancaq ümid edirəm ki, gələcəkdə bizim vəsiqələrimizin beynəlxalq sistemində tanınması üçün addımlar atılacaq və qısa zamanda bu kimi problemlər öz həllini tapacaq”, – o bildirib.









Mənbə: Turkustan.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir