SİYASƏT

Mehriban Əliyeva minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan millisini təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan millisini təbrik edib.

“Report” xəbər verir ki, paylaşımda deyilir:

“Azərbaycan minifutbol yığması dünya çempionatının qalibidir! Komandamıza parlaq qələbəyə görə təşəkkür edirəm! Sizinlə fəxr edirik! Milli yığmamızın bütün üzvlərinə möhkəm cansağlığı, güc, enerji və yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”

Mənbə: Report.Az