SİYASƏT

İran XİN: Azərbaycandakı yeni səfirimizin təqdimatı inzibati mərhələdədir

İranın Azərbaycandakı səfirinin təqdimatı inzibati mərhələdədir.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai deyib.

Onun sözlərinə görə, səfir vəzifəsinə namizəd olan şəxs bu sahədə mütəxəssis olan diplomatdır və inzibati proses başa çatdıqdan sonra onun adı açıqlanacaq.

“Bizim Mərkəzi Asiya və Qafqaz ölkələri ilə əlaqələrimiz yaxşıdır. Azərbaycanın timsalında səfirin təyin edilməsi ilə bağlı inzibati proses başa çatıb. Rəsmi prosedurlara uyğun olaraq iş yekunlaşıb”, – sözçü əlavə edib.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir