“Azercell” internet qiymətlərini artırdı – Bu tarixdən…
“Azercell Telekom” MMC tərəfindən təqdim olunan xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, mobil internetə olan ehtiyacın daim artdığı mühitdə müştərilərə təklif olunan tariflərin optimallaşdırılması, abunəçilərə daha əlverişli və rahat istifadə imkanının təmin edilməsi məqsədi ilə 1 iyul tarixindən dəyişikliklər tətbiq ediləcək.
Turkustan.az xəbər verir ki, dəyişikliklər aşağıdakı kimi olacaq: /apa.az/
Aylıq İnternet Paketlərin adı və həcmi |
Qiyməti (ƏDV daxil, AZN) | İstifadə müddəti | |
6 GB | 12 | 28 gün | |
12 GB | 19 | 28 gün | |
30 GB | 29 | 28 gün | |
Saatlıq İnternet Paketlərin sürəti və qiyməti (ƏDV daxil, AZN) | |||
Paket adı |
Qiymət (ƏDV daxil, AZN) | İstifadə müddəti | |
1 saatlıq (limitsiz sürət) | 0.99 | 1 saat | |
3 saatlıq (limitsiz sürət) | yan.99 | 3 saat | |
Aylıq İnternet Paketinin əvvəlki adı və həcmi, yeni adı və həcmi, qiymət və müddət | |||
Aylıq İnternet Paketinin əvvəlki adı və həcmi |
Aylıq İnternet Paketinin yeni adı və həcmi | Qiyməti (ƏDV daxil, AZN) | İstifadə müddəti |
55 GB | 56 GB | 39 | 28 gün |
Günlük İnternet Paketləri | |||
Günlük İnternet Paketinin əvvəlki adı və həcmi |
Günlük İnternet Paketinin yeni adı və həcmi | Qiyməti (ƏDV daxil, AZN) | İstifadə müddəti |
250 MB (yenilənən) | 350 MB (yenilənən) | 0.99 | 1 gün |
1000 MB (yenilənən) | 1.5 GB (yenilənən) | yan.99 | 1 gün |
Qeyd olunan tarixdən “1.5 GB aylıq”, “6 saatlıq” və “Həftəsonu” internet paketlərinə yeni qoşulmalar dayandırılır. Həmçinin aylıq internet paketlərində “Pulsuz WhatsApp” kampaniyası çərçivəsində 1.5 GB, 6 GB, 12 GB, 30 GB və 55 GB paketlərində WhatsApp ilə mətnli yazışma üçün təqdim edilən 1GB həcmində əlavə ödənişsiz trafik ləğv edilir. Qeyd olunan tarixə kimi qoşulan abunəçilər cari abunəlik ləğv edilənə qədər müvafiq internet paketlərindən ümumi əsaslarla istifadə davam edə biləcəklər. Göstərilən tarixədək aktiv edilən aylıq internet paketlərində istifadə müddəti ilə bağlı dəyişikliklər paketlərin növbəti yenilənməsindən tətbiq ediləcək.
Mənbə: Turkustan.Az