İDMAN

Azərbaycanın voleybol millisi Gürcüstandakı təlim-məşq toplanışını başa vurub

Gümüş Avropa Liqasına hazırlığı davam etdirən kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gürcüstandakı təlim-məşq toplanışını başa vuraraq Vətənə qayıdıb.

“Report” xəbər verir ki, yığma Tbilisidə yerli komanda ilə iki yoxlama oyunu keçirib.

Milli bu qarşılaşmalarda Gürcüstanı 3:0 və 3:2 hesabları ilə məğlub edib.

Qeyd edək ki, Azərbaycan yarışda ilk turun oyunlarını 6-8 iyun tarixlərində İsveçdə keçirəcək. Fərid Cəlalovun rəhbərlik etdiyi kollektivin rəqibləri ev sahibi ilə yanaşı, Gürcüstan yığması olacaq.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir