Aİ səfiri Azərbaycan millisini dünya çempionatındakı qələbə münasibətilə təbrik edib
Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko Azərbaycanı ölkə minifutbol yığmasının dünya çempionatındakı qələbəsi münasibətilə təbrik edib.
Bu barədə “Report” diplomatın “X” sosial şəbəkəsindəki hesabında paylaşımına istinadən xəbər verir.
“Azərbaycanı 2025-ci il minifutbol üzrə dünya çempionatının qalibi olması münasibətilə təbrik edirəm!”, – səfir vurğulayıb.
Mənbə: Report.Az