DÜNYA

ABŞ-də İsraili dəstəkləyənlərə bir neçə molotov kokteyli atılıb

Amerikanın Boulder şəhərində İsrailə dəstək yürüşünün iştirakçılarına hücum nəticəsində bir neçə nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə CBS News kanalı məlumat yayıb.

Qeyd olunub ki, naməlum şəxs nümayişçilərə bir neçə molotov kokteyli atıb. Polis hadisə yerinə yaxın bir neçə məhəlləni boşaldıb.

Federal Təhqiqatlar Bürosunun direktoru Keş Patel hadisəni terror hücumu adlandırıb və bildirib ki, onun idarəsinin agentləri və yerli hüquq-mühafizə orqanları hadisə yerində işləyir.

Daha sonra polis bir şübhəlinin tutulduğunu bildirib. Məlumatda deyilir: “Şübhəli şəxs saxlanılıb. Onun şəxsiyyəti hələ müəyyən edilməyib. O, yüngül xəsarətlər alıb və xəstəxanaya aparılıb”.

FTB-nin Denver ofisinin məsul xüsusi agenti Mark Mixalek bildirib ki, 67-88 yaşlarında olan altı yaralı xəstəxanalara aparılıb.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir