BƏLƏDİYYƏ

Xocasən qəsəbəsində şəhid ailələri ziyarət olunub

Xocasən qəsəbəsində şəhid ailələri ziyarət olunub

Binəqədi
rayon İcra Hakimiyyətinin təşəbbüsü və Xocəsən bələdiyyəsinin təşkilatçılığı ilə
Vətən müharibəsində canlarını qurban verərək şəhid olmuş qəhrəman oğulların ailələri
Novruz bayramı ərəfəsində ziyarət olunmuş, onlara bayram sovqatı
çatdırılmışdır.

Həmçinin
Xocəsən bələdiyyəsinin inzibati ərazisində yaşayan 25 aztəminatlı  ailə başçısı bələdiyyənin sədri Nigar Məmmədova
tərəfindən fərdi qaydada qəbul edilərək, onları narahat edən problemləri dinləmiş
və bələdiyyənin səlahiyyətinə aid məsələlərin həllinə kömək göstərilməsinə aid
bələdiyyə qulluqçularına tapşırıqlar vermişdir.

Hər
bir ailəyə bayram sovqatı təqdim edilmişdir.Qəbul edilən sakinlər göstərilən
diqqət və qayğıya görə  ölkə başçısına,
RİH-ə və bələdiyyəyə minnətdarlığını bildirmişlər.

Xocəsən
bələdiyyəsinin inzibati ərazisində yaşayan sahibkarlar bələdiyyənin təşəbbüsünə
qoşularaq,  şəhid ailələri, qazilər və az
təminatlı ailələrin  bayramlarını təbrik
etmək üçün fərdi qaydada onlara bayram sovqatı çatdırmışlar. Bu xeyirxah işdə
ElDOST MMC- min rəhbərliyi  xüsusilə fərqlənmişdir.
Belə ki, adı qeyd olunan şirkət 26 şəhid ailəsinə bayram sovqatı çatdırmışdır.

Xocəsən bələdiyyəsi 

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir