BƏLƏDİYYƏ

Təmraz Tağıyev: “İstehsalat təcrübələri gələcəkdə həyatını bələdiyyə idarəetməsinə bağlayacaq gənclərin seçilməsi baxımdan mühüm əhəmiyyət kəsb edir”

Təmraz Tağıyev: “İstehsalat təcrübələri gələcəkdə həyatını bələdiyyə idarəetməsinə bağlayacaq gənclərin seçilməsi baxımdan mühüm əhəmiyyət kəsb edir”

“Bakı
Sənaye texnologiya kollecinin tələbələrinin Nərimanov bələdiyyəsində  istehsalat təcrübəsi başlayıb” bu barədə məlumat
adıçəkilən bələdiyyənin sədri Təmraz Tağıyev bildirib.

Sədr
bildirib ki, ilk təcrübə günü  tələbələrlə
görüşərək rəhbərlik etdiyi bələdiyyənin tarixi, fəaliyyəti, planları haqqında məlumat
verib. Sədr qeyd edib ki, istehsalat təcrübələri gələcəkdə həyatını bələdiyyə
idarəetməsinə bağlayacaq gənclərin seçilməsi, bələdiyyənin  gəncləşdirilməsi baxımdan mühüm əhəmiyyət
daşıyır.

 Kollec tələbələrinin bələdiyyələrdə təcrübə keçməsinə
böyük önəm verilməsi ilə bərabər, bu prosesə diqqətlə yanaşılır.  Sədr bildirib ki, tələbələrlə yüksəksəviyyəli
iş qurulacaq, qrafik üzrə davamiyyətə xüsusi diqqət yetiriləcək.

Görüşdən
sonra tələbələr təcrübə keçəcəkləri şöbələr üzrə bölünüb, müvafiq təlimatlar
verilib..

Belediyye.info


Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir