BƏLƏDİYYƏ

Mingəçevir bələdiyyəsinin sədri səyyar görüş keçirdi, məhəllə komitəsi təsis edildi

Mingəçevir bələdiyyəsinin sədri səyyar görüş keçirdi, məhəllə komitəsi təsis edildi

Mingəçevir bələdiyyəsinin sədri Anar İsmayılov  şəhərin A. Məmmədov küçəsindəki 6/1 və 6/2 saylı binaların sakinləri ilə səyyar görüş keçirib. 

Görüşdə bələdiyyə sədri yerli özünüidarədə vətəndaşların iştirakının vacibliyini, bunun üçün məhəllə komitələrinin yaradılmasının əhəmiyyətini, həmçinin əhali tərəfindən əmlak vergisinin ödənilməsinin zəruriliyi vurğulanıb O, bələdiyyənin ilin sonuna qədər məhəllə və parklarda həyata keçirəcəyi işlər və tədbirlər planı haqqında geniş məlumat verib.

Sakinlərdən Vidadi Atayev, Tariyel Hidayətov, Fazil Rüstəmov və Mikayıl Məmmədov çıxışlarında  məhəllə komitəsinin yaradılmasını  razılıqla qarşılayıblar.

Açıq səsvermə yolu ilə məhəllə komitəsi təsis olunaraq və 7 nəfər sakin komitənin tərkibinə seçilib. Vidadi Atayev, məhəllə komitəsinin sədri seçilib.

Məhəllə komitəsinin sədri, əmlak vergisinin yığılmasında fəallıq göstərəcəyini qeyd etdi və bələdiyyədən xeyir-şər mağarının dam örtüyünün dəyişdirilməsi məsələsində yardımçı olmağı xahiş edib.

Sonda, bələdiyyə sədri Anar İsmayılov  sakinlərin müraciətlərinə həssaslıqla yanaşılacağını və belə görüşlərin mütəmadi olaraq davam etdirləcəyini bildirib.

Mingəçevir bələdiyyəsi