MƏDƏNİYYƏT

Füzulidə Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı “Qarabağım mənim” festivalı keçirilib

Füzuli şəhərində yerləşən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə işğaldan azad olunmuş ərazilərin məktəbliləri üçün festival keçirilib.

Bu barədə “Report”a Mədəniyyət Nazirliyindən bildirilib.

Tədbirdə 150-yə yaxın şagird iştirak edib. Festivalın məqsədi uşaqların yaradıcılıq potensialının üzə çıxarılması və onların asudə vaxtlarının səmərəli təşkili olub.

Tədbir çərçivəsində məktəblilərin musiqili çıxışları nümayiş olunub, müxtəlif əyləncəli və interaktiv proqramlar təşkil edilib. Şagirdlər “Sülh bağı” adlı ağacəkmə aksiyasında fəal iştirak ediblər.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir