DÜNYA

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var.

“Report” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryus “Fox News” telekanalının efirində bildirib.

“Münaqişənin həlli şərtləri Ukrayna ilə Rusiya arasında olmalıdır. Biz insanları danışıqlar masasına oturtmuşuq. Onlar bizim tələblərimizin nə olduğunu bilirlər, lakin bu, həqiqətən onlardan asılı olacaq”, – diplomat söyləyib.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir