BƏLƏDİYYƏ

Bələdiyyə sədri: “Sakinlərlə intensiv şəkildə görüşlərin keçirilməsi…”

Bələdiyyə sədri: “Sakinlərlə intensiv şəkildə görüşlərin keçirilməsi…”

“Sakinlərlə
ilk səyyar görüşümüzü qəsəbədə olan çoxmənzilli yaşayış binasının həyətində keçirtdik”-
bu fikirləri Belediyye.infoya Masallı rayonu Boradigah bələdiyyəsinin sədri
Tünzalə Qardaşova  bildirib.

Görüşdə
iştirak edən bələdiyyənin məsul vəzifəli şəxsləri vətəndaşların müraciətlərini
dinləyiblər, gündəlik həyatlarında qarşılaşdıqları bir sıra problemləri qeyd ediblər
və bəzi məsələlər isə bələdiyyə sədri tərəfindən  nəzarətə götürülüb.

Sədr
qeyd edib ki, görüş zamanı əsas müzakirə mövzuları məişət tullantılarının
düzgün idarə olunması, ətraf mühitin təmizliyinin qorunması və bələdiyyə vergilərinin
vaxtında ödənilməsi ilə bağlı olub. Sakinlərə bu istiqamətlərdə maarifləndirici
məlumatlar verilib, onların sualları cavablandırılıb və mövcud qanunvericiliyə
uyğun olaraq tövsiyələr təqdim olunub.

Sakinlərlə
intensiv şəkildə görüşlərin keçirilməsi nəticə etibarı ilə  seçicinin bələdiyyəyə olan inamını artırmaqla,
həm də vergilərin vaxtında ödənilməsinə şərait yaratmış olur.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir