BƏLƏDİYYƏ

Atabala Şeydayev: “Seçicilərimizlə görüşləri davam etdirəcəyik”

Atabala Şeydayev: “Seçicilərimizlə görüşləri davam etdirəcəyik”

“Bu gün Pirəbədil
bələdiyyəsinin ərazisi  olan Çaraq, Hacıiskəndər, Təkyə və Uqah kəndlərində seçicilərlə
görüş keçirilib”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri
Atabala Şeydayev  bildirib.

Sədr
bildirib ki, Şabran rayonunun hər guşəsi, hər qarışı bizlərə əzizdir. Keçmişlərini
öz adlarında ýaşadan bu kəndin sakinləri də adları qədər zəhmətsevərdir. Yazın
gəlişi, təbiətin oyanışı bu kəndlərə bir ayrı gözəllik gətirmisdi. Kənd camaatı
ilə xoş təəssürat yaradan görüşlərdə olduqca maraqlı keçib. Pirəbədil bələdiyyəsinin
gördüyü, həyata keçirəcəyi işlərbarəsində  seçicilərlə xeyli söhbət oldu.

Seçicilərimizlə
görüşlərimizi davam etdirəcəyik. Məsqsədimiz sakinlərin problemlərini öyrənməklə
onun həllini sürətləndirməkdir.

Yekunda
Ramazan Bayramı münasibətilə aztəminatlı ailələrə Pirəbədil bələdiyyəsi tərəfindən
bayram sovqatları paylanılaraq, xatirə şəkilləri çəkdirilib.

Belediyye.info


Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir