Sabah”ın baş məşqçisi: “Azərbaycan Kubokunun finalı maraqlı alındı
Futbol üzrə Azərbaycan Kubokunun finalı maraqlı alınıb.
“Report”un məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Vasili Berezutski mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis “Qarabağ”a qalib gəldikləri (3:2) Azərbaycan Kubokunun final oyunu ilə bağlı fikirlərini bölüşüb:
“Futbolçular əllərindən gələni etdilər. Onları qələbə münasibəti ilə təbrik edirəm. Bu, onların əməyidir. “Sabah”ı tarixindəki ilk kubok münasibətilə təbrik edirəm”.
Mənbə: Report.Az