BƏLƏDİYYƏ

İsrafil Hüseynov: “Sənədsiz əmlakın qeydiyyat problemi öz həllini tapmış olsa Buzovna bələdiyyəsinin büdcə gəlirləri ən azı   35-40 fazi  arta bilər”

İsrafil Hüseynov: “Sənədsiz əmlakın qeydiyyat problemi öz həllini tapmış olsa Buzovna bələdiyyəsinin büdcə gəlirləri ən azı   35-40 fazi  arta bilər”

“Bələdiyyələrin
fəaliyyəti üçün geniş imkanlar yaradılıb, Hazırda bələdiyyələrin ölkəmizin sosial-iqtisadi
və mədəni  həyatında rolu əvəzsizdir”- bu
fikirləri Belediyye.infoya Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri İsrafil
Hüseynov bildirib.

Sədr
bildirib ki, bu gün  bələdiyyələrin geniş
fəaliyyət sferasının təmin olunması üçün müstəqil maliyyə-təsərrüfat bazası
yaradılmasına imkan verən qanunlar qəbul edib.  Bələdiyyələrin fəaliyyətinin tənzimlənməsi
üçün bu günə qədər 20-dən çox qanun, əsasnamə və s. qanunvericilik aktı qəbul
edilib.  Bu gün Buzovna bələdiyyəsi də fəaliyyətini
məhz bu qanunlara istinadən həyata keçirir. Qeyd edim ki, müəyyən səlahiyyətlər
çərçivəsində vergi və rüsum toplamaq imkanlarının yaradılması yerli özünüidarəetmə
orqanlarının müstəqil maliyyə strukturu formalaşdırmaq və bununla da yenidənqurma-bərpa
işlərini həyata keçirmək istiqamətində “yaşıl işıq” yandırır.

Qanunvericilik
göstərir ki, fiziki şəxslərdən əmlak və torpaq  vergisini toplamaq səlahiyyətlərini bələdiyyələr
həyata keçirir.

Lakin
məsələ ondadır ki, bu gün bələdiyyələrin, o cümlədən Buzovna qəsəbəsinin
inzibati ərazisində kifayət qədər hüquqi statusu bilinməyən, yəni çıxarışı
olmayan əmlakın olması bələdiyyənin büdcə gəlrilərinə öz təsirini göstərimiş
olur. Hər halda çıxarışın əldə olunması vətəndaşa çox böyük üstünlüklər verir.
Lakin mövcud problemin olması   bələdiyyəyə əlavə maliyyənin daxil olmasına
imkan vermir. Təəssüf ki, prosesin uzanması nəticə etibari ilə  bələdiyyənin  sabit büdcə gəlirinin yaranmasını da ləngidir.

Bütün
bu çətinliklərə baxmayaraq bələdiyyənin vergi xidmətinin əməkdaşları əvvəlki  illərdə qurulmuş sistemə uyğun olaraq çalışır
və ən əsası BAMS-ın verdiyi imkandan yararlanır.

Düşünmək
olar ki, sənədsiz əmlakın qeydiyyat problemi öz həllini tapmış olsa Buzovna bələdiyyəsinin
büdcə gəlirləri ən azı   35-40 fazi 
arta bilər.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir